Xəzər Xəbər

Ballıqaya qətliamından 28 il ötür - VİDEO

Veb TV | 19:42 • 28 Avqust 2020
 Ballıqaya qətliamından 28 il ötür  -

Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.


Xezerxeber.az-ın məlumatına görə, 1992-ci ilin 28 avqust tarixində Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyidləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib. 

Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

Ermənilər tərəfindən törədilən bu soyqırım hadisəsi ilə bağlı açılan cinayət işinin materialları və faktlar Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyində saxlanılır. Eyni zamanda muzeydə hadisəni özündə əks etdirən fotostend də yer alır.

Azərbaycanlılara qarşı törədilən soyqırımlar onu göstərir ki, millətçi ermənilərin xalqımıza qarşı həyata keçirdiyi qanlı cinayətlər dünyada misli görünməmiş soyqırımı aktıdır. Hazırda Ballıqaya soyqırımı ilə bağlı Respublika Hərbi Purokurorluğunda istintaq əməliyyat axtarış fəaliyyəti davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti