Xəzər Xəbər

Şagird sayı çox olan məktəblərə nəzarət artırılacaq - VİDEO

Veb TV | 20:39 • 28 Avqust 2020
Şagird sayı çox olan məktəblərə nəzarət artırılacaq -

"Məktəblinin dostu" layihəsi ilkin olaraq sagird sayı çox və sıxlıq olan məktəblərə şamil ediləcək.

Layihə əlaqələndiricisi Samuel Mahmudlının sözlərinə görə, prosesə nəzarət etmək üçün kifayət qədər "məktəblinin dostu" var.

Xezerxeber.az-ın məlumatına görə, nəzarət prosesi mərhələli şəkildə həyata keçiriləcək. İlkin olaraq məktbə daxil olma prosesi tənzimlənəcək. Layihə əməkdaşları məktəbə daxil olan zaman sıxlığın yaranmamasına və sosial məsafənin saxlanmasına nəzarət edəcək.

Eyni zamanda sanitar-gigiyenik normalara, dezinfeksiyaedici məhlullardan istifadəyə nəzarət ediləcək. Lakin məktəblinin dostunun işi bununla bitmir. Onlar həmçinin dərs prosesi başladıqdan sonra da müşahidələr aparacaqlar.

Layihə əməkdaşlarının işi xüsusilə pik saatlarda daha çox olacaq. Bu, məktəbə giriş və çıxış saatları, həmçinin tənəffüs zamanıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar