Koronavirus infeksiyasına qarşı Azərbaycanın apardığı mübarizə və əldə etdiyi nəticələr əksər ölkələr üçün nümunətdir. Azərbaycan sözün əsl mənasında virusla mübarizədə ciddi preventiv tədbirlər həyata keçirdi.
Xezerxeber.az-ın məlumatına görə, bunu tibb elimləri doktoru Hüseynağa Qurbanov deyib.
O bildirib ki, Azərbaycan infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürdü. Virusa qarşı mübarizədə böyük önəm kəsb edən səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll yerinə yetirildi.
Yürüdülən siyasət bir daha onu göstərir ki,vətəndaşların sağlamlığı, təhlükəsizliyi, cəmiyyətin rifahı dövlətin başlıca vəzifəsidir və buna nail olmaq üçün ciddi səy göstərilir. Koronavirusa qarşı mübarizədə uğurlu nəticə əldə edildiyindən, avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldıldı, bəzi məhdudiyyətlər aradan qaldırıldı. Bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş müsbət nəticələrin davam etdirilməsidir.
Hüseynağa Qurbanov deyib ki, bu məsələdə insanların üzərinə böyük məsuliyyət düşür.
Görünən odur ki, Azərbaycan qarşıdan gələn dövrdə əhalinin sosial tələbatlarının qarşılanması, iqtisadi stabilliyin qorunması və əhalinin sosial problemlərinin həlli üçün əlavə tədbirlər görmək gücündədir. Dövlətin yürütdüyü siyasətə güc qatmaq üçün bütün vətəndaşlar məsuliyyətli olmalı, qoyulan qadağalara əməl edilməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: