Astara rayonunun dilbər guşələrindən biri olan Sım kəndi rayon mərkəzindən 45 kilometr uzaqda, dəniz səviyyəsindən 800 metr hündürlükdə, ucqar dağlıq ərazidə yerləşir.
Xezerxeber.az-ın məlumatına görə, görənlər açıq havada muzey adlandırdığı bu yerlərin dəqiq tarixi hələ ki, öyrənilməyib. Amma Sım kəndinin hər daşı, hər qayası özündə tarixin hansısa dövrünün sirrini özündə saxlayır.
Müxtəlif vaxtlarda aparılan qazıntı zamanı Sım kəndinin ərazisində maddi-mədəniyyət nümunələri aşkarlanıb və sakinlər onları qoruyub-saxlayırlar. Kənd sakinləri yaratdıqları ekspozisiyaları daha da zənginləşdirib, kəndin tarixini özündə əks etdirən muzey yaratmağı düşünürlər.
Yerli sakinlərin kəndin müxtəlif yerlərindən topladıqları maddi-tarixi nümunələr bura gələn turistlərin diqqətini daha çox cəlb edir. Odur ki, Astarada turizm marşrutlarının birinin də Sım kəndindən salınması təklif edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: