Xəzər Xəbər

“Xankəndi qırğınları” adlı yeni kampaniyaya başlanıb - VİDEO

Veb TV | 15:46 • 28 Avqust 2020
 “Xankəndi qırğınları” adlı yeni kampaniyaya başlanıb  -

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması "Xankəndi qırğınları” adlı yeni kampaniyaya start verib. Kampaniyanın məqsədi 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanan və həmin ilin sentyabrın 18-dən məqsədli şəkildə Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən terror hadisələrinə diqqəti cəlb etməkdir.

İcmadan verilən məlumata görə, xalqımıza qarşı Ermənistanın törətdiyi dəhşətli cinayətlər silsiləsində Xankəndi hadisələrinə az diqqət yetirilib. Erməni vəşhiliyinin bariz nümunəsi olan bu hadisələrin öyrənilməsinə, yenidən gündəmə gətirilməsinə və gələcək nəsllərə çatdırılmasına xüsusi ehtiyac var.

Azərbaycan Dövlət Televiziyası QSC-in texniki dəstəyi ilə hazırlanan hər bir çarxın süjet xətti erməni terrorunun qurbanı olmuş və bu gün də həmin ağrını yaşayan insanların həyat hekayələri üzərində qurulub.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması "Xankəndi qırğınları” layihəsi ilə inernet resuslarında Xankəndi hadisələri barədə məlumat bazası formalaşdıqmağı qarşısına məqsəd qoyub.
İnsan hekayələri üzərində qurulan qısa filimlərin müxtəlif dillərə tərcümə olunması və beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub.

"Xankəndi qırğınları” layihəsi çərçivəsində ilk qısa film Xankəndi şəhərində yaşamış Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə müəllimə işləmiş Nuridə Məhərrəmovanın həyat hekayəsindən bəhs edir. Nuridə xanım bu filmdə ermənilər tərəfindən ailəsinin başına gətirilən müsibətlərdən danışır.
Həmin qısa filmi diqqətinizə təqdim edirik.

Xəbər lenti

Çox oxunanlar