İxtisas seçimi yaxınlaşdıqca ali təhsil müəssisələrinin təhsil haqlarının necə olacağı da aktuallaşır. Əksər ali məktəblər artıq növbəti tədris ili üçün ödəniş cədvəlini müəyyən ediblər.
Xezerxeber.az-ın məlumatına görə, böyük tələbə kontingentinə malik olan ali məktəblərdən biri olan Azərbaycan Dövlət İqtisad Universitetində təhsilhaqqı məbləğində dəyişiklik nəzərdə tutulmayıb. Ötən il hansı ixtisas üzrə nə qədər ödəniş müəyyən edilmişdisə, yeni tədris ilində də eyni məbləğ qüvvədə olacaq.
Azərbaycan Tibb Universiteti tərəfindən də bənzər qərar verilib. Təhsilhaqqı məbləğində dəyişiklik olmayacaq.
Bəzi özəl ali məktəblərdə də təhsil haqqı nə artırılıb, nə də azaldılıb. Odlar Yurdu Universiteti belə təhsil ocaqlarından biridir. Qərbi Kaspi Universiteti də təhsil haqqını stabil saxlayıb, amma təqaüd proqramlarında yenilik edib.
Bir sıra universitetlərdə isə təhsilhaqqı məbləğinin dəqiqləşdirilməsi istiqamətində iş gedir. Qərar verildikdən sonra bu haqda ictimaiyyətə məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: