Xəzər Xəbər

Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır VİDEO

Veb TV | 09:05 • 5 Avqust 2020
Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır

Milli Məclisin Əmək və Sosial Siyasət, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclası keçirilib. İclasda 3 qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdə maliyyə naziri samir şərifovda iştirak edib.

"Yeni iqtisadi paketlə bağlı işlər gedir. Əvvəlki iqtisadi paketlərin, yardımların davam etdirilməsi nəzərdə tutulur". BunuMilli Məclisin Əmək və Sosial Siyasət, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov deyib. O, bildirib ki, Tibb işçiləri üçün əlavə vəsaitin cəlb olunmasına ehtiyac var. Nazir Səhiyyə xərclərinin rekord səviyyədə artırılacağını da bildirib.

"Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq".Bunu isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Musa Quliyev deyib.Onun sözlərinə görə, ölkdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də sosial müdafiəyə ehtiyacı olan insanların müdafiəsini gücləndirməkdir.Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, bu gün 520 mindən çox vətəndaş müddətli əmək müqaviləsi ilə çalışır. Yəni potensial olaraq bu vətəndaşlar bizə müraciət edə bilər. Buna görə də vətəndaş məşğulluğunun təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir. Şəxsin fərdi məşğulluğu təmin olunanadək işlər davam etdiriləcək. Burada əsas məqsəd işsiz vətəndaşların işlə təmin olunmasıdır. Anar Əliyev İşsizlikdən Sığorta Fonunun bu il həm gəlir,həm də xərc hissəsinin 128 milyon manatdan 151 milyon manata artırıldığını da qeyd edib.

Nazir müavini onu da bildirib ki,koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat,Pandemiya ilə bağlı dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manatın ayrılması proqnozlaşdırılır. Sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon manat xərc çəkiləcək. Səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat vəsaitin xərclənəcəyi də proqnozlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar