Bir müddət əvvəl xaricdə keçirilən aksiyalar zamanı soydaşlarımıza hücum edən ermənilərlə bağlı aparılan araşdırmalar ləng gedir. Təəssüf ki, aidiyyatı strurkturlar bu məsələyə hələdə biganə yanaşırlar. Ekspertlər hesab edir ki, günahkarları cəzalandırmayan bu dövlətlər beynəlxalq məsuliyyətə cəlb edə bilər.
Xaricdə keçirilən aksiyalar zamanı ciddi nöqsanlar oldu,yerli güc strukturları həmvətənlərimizin təhlükəsizliyini tam təmin edə bilmədi.
İstər Avropanın mərkəzi Brüssel istərsə də Abş-da keçirilən aksiyalarda həmyerlilərimiz xəsarət aldı.Dinc aksiya zamanı ermənilər təxribata cəhd edərək zorakılıq nümayiş etdirdilər.Təəəsüf ki,bir çox ölkələrdə keçirilən aksiyalar zamanı həmyerlilərimizin təhlükəsizliyi təmin edilmədi.
Millət vəkili Arzu Nağıyevin sözlərinə görə,aksiyalar zamanı erməni təxribatı ilə bağlı kifayət qədər dəlil və sübut var.Təəssüf ki,aidiyyatı strurkturlar bu məsələyə hələdə biganə yanaşırlar.
Eksperetlər hesab edir ki,hücumlara görə günahkarların hamısını tutmaq və məsuliyyətə cəlb etmək üçün addımlar atılmazsa Azərbaycan bu dövlətləri beynəlxalq məsuliyyətə cəlb edə bilər.