Xəzər Xəbər

Serbiya düşmənə silah satmaqla ikitərəfli əlaqələri korlayır VİDEO

Veb TV | 21:48 • 4 Avqust 2020
Serbiya düşmənə silah satmaqla ikitərəfli əlaqələri korlayır

''Azərbaycan Kosovanın müstəqilliyini tanımayıb bu ərazidən hərbiçilərini çıxardığı halda, Serbiyanın Ermənistana silah satması qəbul edilən deyil''. Bunu millət vəkili Nurlan Həsənov sözügedən məsələ ilə bağlı açıqlama verərkən bildirib. O, bu ölkənin qeyri adekvat davranışlarının Azərbaycan -Serbiya ikitərəfli münasibətlərinə mənfi təsir etdiyini qeyd edib.

 

Ermənistana satılan bütün silahların Azərbaycanı hədəf aldığını bildiyi halda Serbiyanın bu ölkəyə silah satmağa davam etməsi iki ölkənin münasibətlərinin pozulmasına səbəb ola bilər''. Bunu millət vəkili, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nurlan Həsənov Serbiyanın ermənistana silah satması ilə bağlı Xəzər Xəbər-ə açıqlamasında bildirib. Millət vəkili, Azərbaycanın bu ölkədən fərqli olaraq Serbiyanın maraqlarına hər zaman hörmətlə yanaşdığını bildirib.

 

Millət vəkilinin sözlərinə görə Azərbaycan Serbiyaya dəstəyini ən yüksək, yəni ölkə başçısı səviyyəsində dəfələrlə ifadə edib. Bütün bunlara qarşı Serbiya prezidenti Aleksandr Vuçiçin silahın satılmasına görə etdiyi əsaslandırma absurddur.

 

Nurlan Həsənovun sözlərinə görə bu kimi davaranışlar Azərbaycanın Serbiya ilə olan həm mədəni, həm iqtisadi, həm də siyasi cəhətdən olan əlaqələrininin gələcəyini təhlükə altına salır.

Xəbər lenti

Çox oxunanlar