Xəzər Xəbər

Milli Şuradan şok etiraf: Karantin rejimi bizə sərf edir - VİDEO

Veb TV | 21:35 • 4 Avqust 2020
Milli Şuradan şok etiraf:

Dünyada əksər ölkələr koronavirusa qarşı mübarizə aparır. Epidemioloji vəziyyətə uyğun olaraq müvafiq qərarlar qəbul edilir. Azərbaycan da dünyadakı bu praktikadan istifadə edir. Lakin özünü müxalifət adlandıran- Milli Şura adlı qurumda birləşən şəxslər bu vəziyyətdən belə öz məqsədləri üçün istifadə etməyə çalışır. Bu insanlar açıq şəkildə deyirlər ki, karantin rejiminin uzadılması onlara sərf edir. İşləməyən,güzəranı pisləşən insanların sayının artmasına isə sevinmək lazımdır.

 

Xalqın üzləşdiyi problemlərdən,çətinliklərdən öz məqsədləri üçün istifadə edirlər.Kövrək sosial təbəqənin dəstəyini qazanmaq üçün min bir oyundan çıxırlar.Özünü müxalifət adlandıran, güya xalqın gələcəyini düşünən Milli Şuraçıların cılızlığı, miskinliyi, xalqa düşmən münasibəti bu videodan tam aydın görünür.

 

Sosial şəbəkələrdə yayılan bu videoyaya baxanda ilk baxışdan elə başa düşürsən ki, bir araya gələrək xalqın dərdinə çarə axtarırlar.Lakin çıxışlara qulaq asanda başa düşürsən ki,hər şey göründüyü kimi deyil.Bu şəxslər insanların üzləşdiyi çətinliklərə,problemlərə sevinirlər.Mövcud vəziyyətin daha da pisləməsini arzulayırlar. Bir insan düşməninə nəyi arzulayırsa, onlara da bu ab-havada çıxışlarına davam edirlər..

 

Milli Şuranın növbəti qalmaqallı videosunda 6-7 nəfər bir araya gələrək müzakirələr aparır.Lakin çıxışlarda ortaq bir mövqe nümayiş etdirilir:"Ölkədəki vəziyyət daha da gərginləşsin,insanların güzəranı pisləşsin" Dırnaqarası müxalifət təmsilçiləri bildirirlər ki,Karantin qaydalarının uzanması, onlara sərf etdiyindən narahat olmağa dəyməz.

 

Gültəkin Hacıbəyli və onun ətrafına yığışanlar, sosial şəbəkələrdə daha çox narazı statuslar yazmaq üçün xalqa yox, dost tanışlarına ümid bağlayırlar..Bu da onların hansı vəziyyətdə olduqlarını əyani şəkildə göstərir..

 

Bunlar pandemiyanı az qala bayram edirlər, insan ölümünə, iqtisadiyyatın geriləməsinə, vətəndaşların maddi təminatının aşağı düşməsinə sevinirlər.Qeyd edək ki,bir müddət əvvəl də Milli Şura neftin qiymətinin 14 dollara düşməsini də sevinc hissi ilə qarşılamışdı.

Xəbər lenti

Çox oxunanlar