Xəzər Xəbər

Bu il 2 min aztəminatlı ailə öz biznesini qura biləcək VİDEO

Veb TV | 20:15 • 4 Avqust 2020
Bu il 2 min aztəminatlı ailə öz biznesini qura biləcək

İşsiz və işaxtaran şəxslər aktivlərlə təmin olunacaq. Belə ki, "Azərbaycanda məşğulluğa dəstək"layihəsi həyata keçirilir. Layihə çərçivəsində bu il 2 min aztəminatlı şəxs öz biznesini qura biləcək.

Bu il 2 min aztəminatlı ailə öz biznesini qura biləcək.

Dünya Bankının "Azərbaycanda Məşğulluğa Dəstək" Layihəsinə müraciətlər başlayıb. Layihə İşsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan verir. Həmin şəxslər yerli özünəməşğulluq idarələrinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Layihənin məqsədi işsiz və işaxtaran şəxslərin özünəməşğulluğunu təmin etməkdir.

Qeyd edək ki, layihəyə5 il ərzində 22 min nəfər aztəminatlı şəxsin cəlb olunması nəzərdə tutulur. Proses 27 rayonda həyata keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar