Xəzər Xəbər

10 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Veb TV | 19:45 • 4 Avqust 2020
10 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Astara rayon sakini Abdulla Məmmədov tutulub.


Onun üzərində şəxs axtarış aparılan zaman 3 qrama yaxın narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.


Abdulla Məmmədovun ətrafında əlavə əməliyyat tədbirləri keçirilən zaman onun Abşeron rayonu Masazır qəsəbəsində kirayə yaşadığı mənzildə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxladığı da məlum olub. Polislər tərəfindən həmin ünvana baxış zamanı 855 qram heroin, 6 kiloqram 475 qram tiryək, 1 kiloqram 885 qram qurudulmuş marixuana və 904 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu əməliyyat zamanı ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Abdulla Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan "Əli” adlı İran vətəndaşından aldığını bildirib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Abdulla Məmmədov tutularaq istintaqa təqdim olunub. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar