Dünyada koronavirusa yoluxanlarınsayı 18 milyonu ötüb. Hətta virusa nəzarət edən ölkələr belə ikinci dalğanın olacağından narahatdırlar. Ölkəmizdə isə vaxtında aparılan tədbirlər, həyata keçirilən uğurlu siyasət öz müsbət təsirini göstərib.
Dünyada COVİD-19 pandemiyası yenidən alovlanıb. Virusun yayıldığı bir sıra ərazilərdə, o cümlədən Avropada artıq ikinci dalğa barədə xəbərdarlıq olunur.Bəzi ölkələrdə hələ də güclü olan epidemiya ilə mübarizə davam edir, virusun yayılmasına nəzarət edən ölkələr belə ikinci dalğanın olacağından ehtiyat edir.
Tibb Universitetinin Yoluxucu Xəstəliklər Kafedrasının Asissenti , həkim-infesionist Vüqar Cavadzadə deyir ki,vaxtında tədbir görülməməsidünyaökələrində vəziyyətin nəzarətdən çıxmasına səbəb olub. Bundan başqa əhalinin nümayişlərə çıxması, kütləvi toplaşmalar dapandemiyaya yoluxanların sayını artırıb.
Həkim infesionist Vüqar Cavadzadə deyir ki, Azərbaycanda indiyədək virusla mübarizə uğurla və səmərəli aparılıb. Virusun yayılmasının qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilib.
Bir sözlə indi vətəndaşlar həmişəkindən daha məsuliyyətli olmalıdırlar.