Xəzər Xəbər

Türkiyə turlarının qiymətləri kəskin BAHALAŞDI VİDEO

Veb TV | 21:06 • 3 Avqust 2020
Türkiyə turlarının qiymətləri kəskin BAHALAŞDI

Artıq turizm şirkətləri tərəfindən Türkiyəyə istirahətə getmək istəyənlər üçün turpaketlər hazırlanıb. Ancaq qiymətlər ötən illə müqayisədə 30-40 faiz bahalaşıb. Türkiyədə 1 həftəlik istirahəti 1200 manatdan başlayır.

 

Türkiyə ilə Azərbaycan arasında hava nəqliyyatının bərpa edilməsi iki ölkə arasındakı turizm əlaqələrini yenidən canlandırıb. Artıq turizm şirkətləri mart ayından sonra ilk dəfə olaraq turpaketlər hazırlayaraq müştərilərə təqdim edirlər.

 

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, əvvəlki illərlə müqayisədə bu il turpaketlər daha bahadır. Bunun əsas səbəbi otellərin nisbətən az müştəri qəbul etməsi və aviabiletlərin hələlik baha olmasıdır.

 

Məsələn istanbulda 1 həftəlik dincəlmək üçün hazırlanan turpaketin qiyməti indi minimum 1200 manatdır. Halbuki ötən il bu qiymət 750-800 manat idi. Hazırda bakıdan birbaşa uçuş yalnız istanbula olduğu üçün turistlər də əsasən bu şəhərə gedirlər. Qiymətlərdə təxminən 30-40 fazilik bahalaşma müşahidə edilr..

 

Antalya, bodrum, marmaris və digər turistik yerlərdə istirahət üçün hazırlanan turpaketlərin qiymətləri isə 1 nəfər üçün 1350 manatdan başlayır. Bu istiqamətlərə turistlər istanbul üzərindən daxili uçuşlarla yola salınır.

 

Rəhman Quliyev deyir ki, bu istiqamət üçün satılan turpaketlərin qiymətlərində qismən enmə ola bilər. Çünkü yaxın vaxtlarda türkiyənin turistik zonalarına bakıdan birbaşa uçuşların həyata keçirilməsi gözlənilir

 

Qeyd edək ki, hazırda digər ölkələrlə də uçuşların bərpa edilmsi istiqamətində danışıqlar aparır

Xəbər lenti

Çox oxunanlar