Həmyerlilərimiz yenə də düşmənin hücumuna məruz qalıb. Bu dəfə ermənilər öz vəhşi davranışlarını Kanadada nümayiş etdiriblər. Radikal erməni qüvvələrisoyuq və odlu silahdan istifadə edərək, 2 həmyerlimizə hücum edib. Soydaşlarımızdan biri hazırda xəstəxanadadır.
Ermənilər öz çirkin əməlləri ilə əsl niyyətlərini dünyaya nümayiş etdirməkdə davam edirlər. Bu dəfə Kanadanın Toronto şəhərində ermənilər iki azərbaycanlıya hücum edib və öz avtomobilləri ilə soydaşlarımızın maşınlarını əziblər. Hadisə nəticəsində bir soydaşımız ayağından yaralanıb..Həmin şəxs xəstəxanaya yerləşdirilib.. Hücum edənlərin üzərindəsoyuq silah, pnevmatik tapança və beysbol taxtaları olub. Hücuma məruz qalanların avtomobilinə böyük ziyan vurulub.
Torontoda yaşayan Azərbaycan icmasının məlumatına görə, cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis cəlb olunub. Zərər çəkmiş şəxslərdən izahatlar alınaraq, artıq təxribatçı erməni radikal qüvvələrin yeri də müəyyən edilib. Məsələ ilə bağlı Xarici işlər nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Xəzər Xəbərə bildirib ki, baş verənlər diplomatik nümayəndəliyimizin tam nəzarətindədir. Cinayəti törədənlər qanun qarşısında cavab verməli olacaqlar.
Leyla Abdullayeva bildirib ki, radikal erməni qüvvələrinin aqressiv, təxribatçı əməlləri təkcə Azərbaycan icmasının üzvlərinədeyil, diplomatlarımıza qarşı da yönəlib.
Qeyd edək ki, baş verən son cinayət hadisəsi ilə bağlı Kanadanın müvafiq orqanları tərəfindən araşdırmalar aparılır.