Kadrlarda polislərin onu təyyarədən çıxardığı və bölməyə apardığı görünür. Orada əşyalarına baxış zaman qadın ağlamağa, polisləri söyməyə və təhqir etməyə başlayıb. Sonda asayiş keşikçiləri onun qoluna qandal vurmaq məcburiyyətində qalıblar.
Aviaşirkətin əməkdaşları bildiriblər ki, qadın sərnişin təyyarədə təhlükəsizlik qaydalarını pozub və iki dəfə siqaret çəkib. Bundan başqa, o, uçuş vaxtı içkili vəziyyətdə olub və özünü qeyri-adekvat aparıb.
Hadisədən sonra 35 yaşlı qadına qarşı cinayət işi açılıb.