Xəzər Xəbər

Düşmənin açdığı atəş nəticəsində həlak olan Tovuz sakininin övladları danışdı - VİDEO

Veb TV | 22:43 • 15 İyul 2020
Düşmənin açdığı atəş nəticəsində həlak olan Tovuz sakininin övladları danışdı -

Övladlarının xəbərdarlıqlarına baxmayaraq, yaşadığı evi tərk etməyib… Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində elə öz evində həlak olub.


Xezerxeber.az-ın məlumatına görə, keçmiş döyüşçü olaraq kəndində, el-obasında, ordunun yanında olmağı özünə borc bilən Əziz Əzizovelə sevdiyi torpaq uğrunda da canını fəda etdi.


Ölümündən bir saat əvvəl qızı ilə danışan Əziz Əzizov düşmənin yaşayış məntəqələrini atəşə tutduğunu deyib övladlarına. Övladlarının israrına baxmayaraq, o, elini- obasını buraxıb getməyib.


Əziz Əzizov sonuncu dəfə qızından sevdiyi yeməyi bişirməyi istəyib. Mərhumun qızının sözlərinə görə, atası dünyasını dəyişməzdən öncə onunla danışıb. Dörd övladı və yeddi nəvəsi olan Əziz Əzizov evinə yaxın yerlərə mərmi düşməsini övladına deməyib. Daha sonra isə bacısının ona zəng vurması nəticəsində atasının həyatından nigaran olan qızlara o qara xəbər gəlib.


Qeyd edək ki, Əziz Əzizov kənd qəbirstanlığında dəfn edilib.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Xəbər lenti