Bakıda polislər hamilə qadını tibbi mərkəzə çatdırıblar.
Hadisə ötən gün axşam saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Vətəndaş axşam saat 23:30 radələrində Xəzər Rayon Polis İdarəsinin (RPİ) ərazidə xidmət aparan əməmdaşlarına yaxınlaşaraq 1985-ci il təvəllüdlü həyat yoldaşının vəziyyətinin pisləşdiyi barədə məlumat verib.
Polis əməkdaşları dərhal xidməti avtomobilləri ilə həmin vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinə çatdırıblar. (Trend)