İstanbulda Bağcılar məhəlləsində əlinə silah alıb keçmiş sevgilisinin yanına gedən şəxs cinayət törədib.
Türkiyə mətbuatı xəbər verir ki, adı narkotika satışında hallanan V.T (şərti) axşam saatlarında keçmiş sevgilisi P.A-nın (şərti) yanına gələrək onunla danışmaq istəyib. Sözləri düz gəlməyən cütlük dalaşmağa başlayıblar.
Qadının rəfiqəsi Miray Yılmaz onları ayırmağa çalışıb. V.T-nin əlində olan silahdan atılan atəş Mirayın baş nahiyəsinə dəyib, yerə yıxılıb. O, yerindəcə həyatla vidalaşıb.
Cinayəti törədən V.T hadisə yerindən qaçıb.
Hadisədən sarsıntı keçirən P.A polisə zəng edib, yardım istəyib.
Hazırda V.T-nin tapılması istiqamətində axtarışlar davam etdirilir./publika.az