Azərbaycan Prezidentinin fərmanları ilə Vergi Məcəlləsində və "Sosial sığorta haqqında” qanunda dəyişikliklər təsdiq edilib.
Xezerxeber.az-ın məlumatına görə, bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.
Dəyişikliklərə əsasən, vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: