Keçən il sürüşmə nəticəsində yararsız vəziyyətə düşmüş Bibiheybət yolunda təmir işləri gələn həftə yekunlaşacaq.
Xezerxeber.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə son tamamlanma işləri görülür.
Yolun hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, bu gündən yolun hərəkət hissəsinin bərpasına başlanılıb. Təmir-tikinti işləri bir neçə qurumla razılaşdırılmış şəkildə icra olunub.
Xatırladaq ki, Bibiheybət yolunda çökmə hadisəsi ötən ilin noyabr ayında baş verib və o vaxtdan bəri bağlıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: