Rusiyanın Krasnoyarsk şəhərində qəribə bir hadisənin görüntüləri yayılıb.
Belə ki, təcrid rejimi ilə əlaqədar evdə oturmaqdan bezən qadın pəncərədən çıxmaq istəyib.
Bu barədə kadrları "BAZA” "Telegram” kanalı yayımlayıb.
Məlumata görə, qadın əvvəlcə mənzilinin eyvanından nə isə qışqıraraq,aşağıda hərəkət edən sakinlərin diqqətini cəlb edib. Sonra isə o, qonşunun pəncərəsinə keçmək istəyib. Lakin tarazlığını saxlaya bilməyərək yıxılıb. Xoşbəxtlikdən qadını tutmaq mümkün olub. O, yerə dəysə də, həyati təhlükəsi yoxdur.
oxu.az