Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri iyun ayının ilk ongünlüyündə yekunlaşacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, aparılan yenidənqurma işləri çərçivəsində magistral yolun, demək olar ki, hər iki hissəsində görülən işlər başa çatmaq üzrədir.
Yolda təmir işləri tam başa çatdırıldıqdan sonra ərazidə olan dəmir yolunun üzərindəki yol ötürücüsündə də yenidənqurma işləri aparılacaq. Bu zaman isə avtomobillərin təhlükəsiz hərəkət etməsi üçün şərait yaradılacaq.
Anar Nəcəfli onu da qeyd edib ki, bu işlərin davamı olaraq Abşeron rayonu, Sulutəpə qəsəbəsində olan dairədə yeni yol ötürücüsünün tikilməsi də nəzərdə tutulub. Bununla bağlı layihə hazırlanıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: