Yevlaxda koronavirusa yoluxma hallarının artması səbəbindən aidiyyəti qurumlar işlərini daha da sürətləndirib.
Xezerxeber.az-ın məlumatına görə, rayon ərazisində virusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aidiyyəti strukturlar, o cümlədən Gigiyena və Epidemiologiya Mərkəzi, Dezinfeksiya Stansiyası və kommunal xidmət müəssisələri xüsusi qrafik əsasında fəaliyyətlərini davam etdirirlər.
Son iki gündə rayon mərkəzindəki 34 küçədə, 30 yaşayış və 36 inzibati binada dezinfeksiya işləri aparılıb. Səhər və axşam isə prospekt və küçələr iritonnajlı suçiləyici maşınlar vasitəsilə xüsusi maddələrlə yuyulur.
Polis əməkdaşları və könüllülər qoruyucu vasitələrdən istifadə etməyən sakinlərlə təbliğat xarakterli söhbət aparır və tibbi maska paylayıblar.
Əhalinin daha çox üz tutduğu bank və poçt şöbələrində də sakinləri ara məsafəsi saxlamağa və növbəlilik prinsipinə əməl etməyə çağırırlar. Rayon ərzisində bu cür tədbirlər davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: