Xəzər Xəbər

Vuhanda son vəziyyət necədir? VİDEO

Veb TV | 23:25 • 22 Mart 2020
Vuhanda son vəziyyət necədir?

Yeni növ koronavirusun ortaya çıxdığı vuhan şəhərində vəziyyət sürətlə yaxşıya doğru gedir. Hadisələrin başından bəri orda olan zahir əhməd adlı bir tələbə hazırda şəhərdə olan ən son vəziyyəti xəzər xəbərə danışıb. Həmin tələbə virusdan qorunmaq üçün bütün azərbaycanlılara öz tövsiyyələrini də verib.

COVID 19 yeni növ koronavirusun ilk yayıldığı şəhər olan Vuhanda vəziyyət sürətlə yaxşıya doğru gedir. Hadisələrin başlanğıcından bu şəhərdə qalan və hazırda da orda qalmağa davam edən Zahir Əhməd adlı tələbə hazırda şəhərdə olan son vəziyyəti XəzərXəbər-ə danışıb.

Əhməd Zahid bildirir ki, hazırda o və tələbə yoldaşları tapşırıqları onlayn olaraq icra edirlər. Çindəki 200 milyon tələbə və şagirdin hamısı bu yolla təhsilini davam etdirir. Onun sözlərinə görə Çində vəziyyətin sürətlə yaxşılaşmasına səbəb dövlətin çevik və tez bir zamanda icra etdiyi sərt qaydalar olub.

Zahir Əhmədin Vuhanda baş verənlərin canlı şahidi kimi Azərbaycanlılara tövsiyyələri də var. Onun sözlərinə görə bir neçə sadə qaydaya əməl etməklə bu virusdan yaxa qurtarmaq mümkündür.

Zahir Əhməd onu da qeyd edir ki, Vuhanda qurulan müvəqqəti xəstəxanalar bağlanıb. Çünki, ordakı insanların hamısı sağalaraq evlərinə qayıdıblar. Onu da qeyd edək ki, ötən ilin dekabrında ilk dəfə COVID 19 adlanan yeni koronavirusa məhz Vuhanda rast gəlinmiş və bu şəhər hazırda bütün dünyaya yayılan təhlükəli pandemiyanın mərkəzi halına gəlmişdi. Çin rəsmi qurumları da artıq 3 gündür ki, həmin şəhərdə yeni yoluxma halına rast gəlinmədiyini açıqlayıblar. Əgər vəziyyət belə müsbət davam edərsə şəhərdə fövqəladə vəziyyət rejiminin ləğv olunacağı gözlənilir.

Xəbər lenti

Çox oxunanlar