Koronavirus təhlükəsinin qarşısını almaq və onun yaratdığı mənfi təsirlərdən xilas olmaq üçün ən çevik siyasət yeridən ölkələrdən biri Azərbaycandır. Elə bu məqsədlə 1 milyard manatın ayrılması dövlətin həssas və anında reaksiyasının nəticəsidir. Ekspertlər bildirir ki, bu istiqamətdə artıq 4 komissiyanın fəaliyyətə başlaması vətəndaşlara və sahibkarlara bir sıra güzəştlərin verilməsi ilə nəticələnəcək.
Koronavirus təhlükəsi dünyada həm həyatın müxtəlif sahələrinə, həm də iqtisadiyyata sürətlə təsir göstərir. Bu məqamda hadisələrdən minimal itki ilə çıxmaq üçün ən vacib amillərdən biri dövlətlərin hadisələrə çevik reaksiyadır. Elə koronavirusun vurduğu zərərləri azaltmaq üçün dövlət başçısının 1 milyard manat vəsait ayırması Azərbaycanın hadisələrə ən tez reaksiya verən ölkələrdən biri olduğunu göstərdi.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, ayrılan vəsaitin hansı istiqamətlərə xərclənəcəyi və məhz hansı zərərlərin ortadan qaldırılmasına sərf olunacağı ilə bağlı komissiyalar artıq işə başlayıb. Burda ən vacib diqqət çəkiləcək məqamlardan biri məşğulluğun təmin edilməsi və işini itirən insanlara maliyyə dəstəyinin verilməsidir.
Dəstək tədbirlərinin keçirilməsində önəmli istiqamətlərindən biri isə sahibkarlardır. Çünki, bir sıra sahibkarlıq sahələri sırf koronavirusun təsiri ilə çətinliklə üz-üzə qalıb.
Azərbaycan dövlətibaş verəbiləcək neqativtendensiyaları layiqli qarşılamaq üçün zəruriiqtisadi və maliyyə imkanlarına malikdir.