Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə,koronovirus infeksiyasına yoluxmada ən böyük risk qrupuna yaşlı insanlar daxildir. Yəni onlar bu məsələdə daha diqqətli olmalıdırlar. Əməkdaşlarımız paytaxda bu təbəqədən olan vətəndaşlarımızın nə dərəcədə qorunma tədbirlərinə əməl etmələri ilə maraqlanıblar
Ağızlarında tibbi maska yoxdur,bir-biri ilə isə çox yaxın məsafədə oturub söhbət edirlər.
Əslində isə bu yaşlı insanlar özlərini koronovirus təhlükəsindən daha ciddi qorumalıdırlar.Çünki Ümumdünya Səhiyyə Təşkilatının məlumatında da bildirilir ki,bu infeksiyaya tutulma məsələsində ən böyük risk qrupuna yaşlı insanlar daxildir.Ancaq paytaxt Bakıda çəkiliş apardığımız zaman bəzi yaşlı insanların heç də nəzərdə tutulan qaydalara əməl etmədiyinin şahidi olduq.
Ancaq bəzi yaşlı insalar da var ki,öz sağlamlıqlarını qorumaq üçün qabaqlayıcı tədbirlər görürlər.
Həkimlər isə xüsusən də yaşlı insanlara tövsiyə edirlər ki,digər insanlarla ünsiyyətdən qaçsınlar..Açıq havada olduqları yerlərdəqoruyucu maskalardan istifadə etsinlər.Çünki bu yaş kateqoriyasında olan insanların immun sistemi zəif olduğundan koronavirusa qarşı güclü müqavimət göstərə bilmirlər..
Qeyd edək ki, ötən gün Türkiyənin hakimiyyət orqanları yaşı 65-dən çox olan insanlara koronavirusa yoluxma təhlükəsinə görə küçəyə çıxmağı qadağan edib.