Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən koronavirusun dünyada tüğyan etdiyi bu günlərdə insanlar gündəlik davranış qaydalarına maksimum riayyət etməlidir. Xüsusi ilə də salamlaşarkən və ya danışarkən aralarında ən azı bir metr məsafə saxlamalıdırlar.
Bir birimizi görərkən ya salamlaşırıq yada qucaqlaşıb görüşürük.Bu adət normal vərdiş halını alsada amma son günlər diqqətli olmaqda fayda var.
Çünki virusun daşıyıcı olan şəxsin məhz görüşərkən digərlərini də yoluxdurma riski yüksəkdir.
Sosioloqlar isə belə bir şəraitdə bu məqama xüsusi diqqət etməyin vacib olduğunu bildirirlər.Çünki insanlar özlərin qədər qarşısındakı insanlarıda düşünməlidirlər. Əgər adi bir şeydən bizim və ətrafımız üçün böyük bir bəla gələ bilər bu zaman hər şeydən əvvəl sağlamlığımızı düşünməliyik.
Hətta bəzən bir çox insanlar qarşı tərəfin onun verdiyi salama əlnən yox sadəcə olaraq kənardan ya baş sallamaq vəya başqa bir hərəkətlə qarşılıq verməsini aqresiya ilə qarşılayırlar.Ammainsanlar anlamalıdırlar ki, bu hörmətsilik deyil əksini onu və özünütəhlükədən qorumaqdır.
Qeyd edək ki, koronavirusla mübarizə çərçivəsində artıqbütün dünyada yenigörüşmə üsulu təbliğ edilir.