Mingəçevir tarix muzeyinin rəhbərliyi yeni təşəbbüslə çıxış edib. Koronavirusa görə evdə qalanlar muzeyi elektron formada gəzə biləcəklər.
Bu müzeyə getmədən də ordakı eksponatları, qədim əşyaları izləmək mümkün olacaq. Söhbət Mingəçevirdə yerləşən Tarix müzeyindən gedir.
Bərdə Regional Mədəniyyət idarəsi Mingəçevir şəhər Tarix muzeyinin kollektivi yeni bir lahiyəyə imza atıb. Belə ki, dünyanı cənginə alan Koronovirusla mübarizə tədbirləri çərçivəsində respublikada fəaliyyət göstərən müzeylər müvəqqəti olaraq bağlanıb. Müzeyə baxmaq istəyənlir üçün muzey ekspozisiyasının elektron formada ekskursiyası təşkil edilib.
Muzeyi virtual səyahət edərkən ordakı bələdçilər izləyiciləri qədim dövürdən müasir dövrə qədər tam məlumatlandırılar. Həmçinin görüntülərlə müzeyin bütün əşyalarını izləmək mümkün olur.
Ölkədə ilk dəfə Mingəçevir Tarix müzeyində gerçəkləşən təşəbbüsün digər müzeylərdə də yaradılması mümkündür.