Koronavirus infeksiyasının ölkə daxilində yayılmasının qarşısını almaq üçünrestoran və kafelərdə, internet klublarında, eləcə də digər ictimai-iaşə obyetlərində iş rejimi daha da qısaldılıb. Artıq bu müəssisələrin rəhbələri yeni qayda haqda məlumatlandırılıb.
Bəziləri giriş hissəyə məlumatlandırıcı lövhə vurur, bəziləri isə telefon vasitəsi ilə müştəriələrinə xəbərdarlıq edir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasıməqsədi ilə bu gündən ölkə ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klublarında iş rejimi dəydişdirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara müvafiq olaraq, bu obyektlər bu gündənsaat 15:00-dək işləyirlər.
Bəzi kafe sahibləri isə əvvəlcədən giriş hissəyə saat 15:00-dək işlədikləri ilə bağlı elan vururdular.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında o da bildirilib ki, İctimai iaşə müəssisələri saat 21:00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkanlarını da saxlamaqdır.
Qeyd edək ki, qaydanı pozan şəxslər sərt şəkildə cəzalandırılacaqlar.