Son günlər ermənilər tərəfindən sosial şəbəkə üzərindən hücumlar artıb .Dağlıq Qarabağın azərbaycanlı icmasının facebook hesablarına mütəmadi olaraq mənfi rəylər və şikayətlər olur. İcmanın Xankəndi, Şuşa və Qarabağla bağlı paylaşımları Ermənistan ictimaiyyəti tərəfindən olduqca hiddətlə qarşılanır. Şikayətlər çox olduğundan səhifələrin məhdudlaşması ola bilər.Buna görə də icmanın sədri Tural Gəncəliyev bütün facebook istifadəçisi olan bütün həmyerlilərimizə müraciət edib.
Dağlıq Qarabağın Azərbaycanlı icmasının facebook hesabındakı paylaşımlara gün ərzində onlarla ermənistan vətəndaşı mənfi rəy yazaraq şikayət edir.
Qarabağla bağlı bütün paylaşımlara yazılan bu rəylər eyni zamanda Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədriTural Gəncəliyevin də paylaşımlarına yazılır.
Tural Gəncəliyev deyir ki,bu hücumda əsas məqsəd feysbukdakı icmanın nəzarətində olan səhifələrin bağlanmasıdır.Son zamanlar icmanın həyata keçiridyi sosial aksiyalar Ermənistan ictimaiyyətində qıcıq və aqresiyya ilə qarşılanır.Məhz bu səbəbdən də onlar qeyri etik sözlər yazmaqla bütün paylaşımların silinməsi üçün şikayət edirlər.Tural Gəncəliyev sosial şəbəkə istifadəçilərini bu həssas məsələdə köməyə çağırıb.
Qeyd edək ki, Dağlıq Qarabağın Azərbaycanlı icmasının tvitter hesabına da bu cür hücumlar edilərək hesabın bağlanması üçün şikayətlər edilmişdi.İcmanın tvitter hesabı bağlansa da ,sonradan fəaliyyəti tam bərpa edildi.