Xəzər Xəbər

Azərbaycanın bəzi sahibkarlarına xəbərdarlıq: pasportsuz qalacaqsınız! - VİDEO

Veb TV | 19:16 • 22 Mart 2020
Azərbaycanın bəzi sahibkarlarına xəbərdarlıq:

Respublika ərazisində 56 avtovağzaldan bir neçəsi pasportlaşma aparılmadan işləyir.Bu da o deməkdir ki,onlar tələblərə cavab vermir. Həmin avtovağzalların rəhbərlərinə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən sərt xəbərdarlıq edilib.

İstirahət mərkəzinin birinci mərtəbəsini avtovağzal kimi işlədən şəxs aşkar edilib və cərimə olunub.

Bu barədə ''Xəzər Xəbər''ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Naftalanda qanunsuz avtovağzalın fəaliyyət göstərməsi barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat daxil olub. İşçi qrupu yaradılıb və məsələ araşdırılıb.

Qeyd edək ki, hələ bir müddət əvvəl regionlarda 9 avtovağzalın qanunsuz fəaliyyət göstərməsi ilə bağlı onları işlədən sahibkarlara ciddi xəbərdarlıq edilmişdi. Hansı ki, həmin avtovağzalları işlədən şəxslər avtovağzallarla bağlı əsasnamənin tələblərini kobud şəkildə pozurlar. Nuridə Allahyarova qeyd edib ki, ölkə ərazisində ümumilikdə 56 avtovağzal var. Onlardan bəziləri pasportlaşma işlərini həyata keçirmədiyi üçün fəaliyyətləri qanunsuz hesab edilir.

Qeyd edək ki, pasportsuz fəaliyyət göstərən avtovağzallar aşkar edildikcə, rəhbərləri barəsində 1500 manat məbləğində cərimə tətbiq edilir.

Xəbər lenti