Türkiyədə koronavirusdan ölənlərin sayı daha 12 nəfər artaraq 21-ə çatıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Virusa yoluxanların sayı isə 947 olub.
Nazirin sözlərinə görə, son 24 saat ərzində 2953 nəfər test etdirib. Onlardan 277-də koronavirus aşkarlanıb.