Övladını müalicə etdirmək üçün İrana gedən ailə orada koronavirusun yayılması ilə əlaqədər çətinliklə üzləşiblər. Yardımlıdan olan ailə Azərbaycanın İrandakı səfirliyinə müraciət edib. Müraciətə səfirlikdən dərhal reaksiya verilib və ana azyaşlı övladı ilə Azərbaycana təxliyyə edilib. Hazırda ana və azyaşlı övladı cənub bölgəmizdə xəstəxanaların birində karantində saxlanılır. Hadisənin təfərrüatlarını uşağın atası ''Xəzər Xəbər''ə danışıb və onun ailəsinə göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.
Fevralın 20-də müalicə məqsədi ilə İrana gedən ana və azyaşlı övladı çətinliklə üzləşiblər. Koronavirus iranda tüğyan etdiyindən bütün xəstəxanalar bağlı olub. Azərbaycana dönmək istəyəndə isə sərhədlərin bağlanıb. İrandə əlacsız vəziyyətdə qalan ana və övladına Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları kömək edib. 28 yaşı Fatimə Zabidliyə və onun 5 yaşı oğlu Davud Ağazadə azərbaycana təxliyyə edilib. Təxliyə edilən ana və övladı astarada karantinə yerləşdirilib.
Fatimə Zabidlinin həyat yoldaşı Amil Ağazadə deyir ki, həyat yoldaşı iranda olarkən İrandakı azərbaycan səfirliyinə müraciət edərək övladı Ağağzadə Davud Amil oğlu epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, Azərbaycanda karantində yerləşdirərkən oğlunun xəstəliyinin nəzərə alınmasını xahiş edib. Fatimə Zabidlinin müraciəti nəzərə alınaraq, onların təxliyyəsi ayrıca nəqliyyat vasitəsilə 6 mart tarixində həyata keçirilib. Amil Ağazadə deyir ki, hazırda həyat yoldaşının və övladının vəziyyəti çox yaxşıdır.
Amil Ağazadə onun ailəsinə göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə, karantindəki həkimlərə öz təşəkkürünü də bildirdi.