Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı azaltmaq üçün ayrılan 1 milyard manat vəsait ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması, əhalinin, xüsusi ilə aztəminatlı təbəqənin sosial müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldiləcək. Hazırda İqtisadiyayt Nazirliyi tərəfindən dəyən ziyan hesablanır və vəsaitin xərclənəcəyi meyar hazırlanır. Bu zaman prioritet məsələ isə xüsusi ilə kiçik sahibkarların dəstəklənməsi olacaq.
Azərbaycan dövləti koronavirus pandemiyasından ölkənin və əhalinin zərərçəkməməsi üçün bütün resursları səfərbər edir. Ölkə başçısının sərəncamı iqtisadiyyata dəyən ziyanın azaldılamsı üçün ayrılan 1 milyard manat vəsait də buna xidmət edəcək. Beləki bununla dövlət özəl sektorun inkişafına öz dəstəyini göstərəcək. Hazırda sahibkarla dəyən ziyanın hesablanması meyarının hazırlanması üçün İqtisadiyyat nazirliyində iş aparılır. Nazirliyin İqtisadi Siyasət şöbəsinin müdiri vəzifələrini icra edən Elvin Camalov,''Xəzər Xəbər''-ə açıqlamasında bildirib ki, bu zaman kiçik sahibkarlıq subyektləri xüsusi ilə diqqətdə saxlanacaq.
İqtisadiyyat nazirliyinin rəsmisinin sözlərinə görə ayrılan vəsaitölkə iqtisadiyyatının sabitliyinin davamlığını və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədi daşıyır ziyan görmüş və hər bir sahibkar bu addımdan faydalancaq.
Atılan bu addımların əsas məqsədlərindən biri də əhalinin sağlamlığını mühafizə etmək üçün görülən tədbirlərin ölkədə məşğulluqun azalmasına təsir etməməsi və əhalnin sosial rifahının qorunmasıdır. Qeyd edək ki, ölkə başçısı tərəfindən 19 mart tarixində imzlanan sərəncama əsasən pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı müəyyənləşdirmək üçün İqtisadiyyat nazirliyinə 15 gün vaxt verilib. Bundan başqa digər aidiyaytı qurumlar da vətəndaşlara dəyən ziyanı araşdıracaq və bunun kompensasiya edilməsi təkliflər hazırlayacaq.