Avtobusa daxil olan sərnişin ödəniş etdikdən sonra əllərini dezinfeksiya edir...
Görüntülər paytaxtda sərnişindaşıma ilə məşğul olan müntəzəm marşurut avtobuslarındandır.
Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarına dezinfeksiyaedici məhlullar qoyulub. Qurumun sözçüsü Mais Ağayev bildirir ki, koronovirusla mübarizə tədbirləri çərçivəsində belə bir addım atılıb. Bütün daşıyıcı şirkətlərin rəhbərliyinə bildirib ki, təhlükəsizlik üçün avtobuslarda dezinfeksiyaedici məhlullar olsun. Artıq şəhər nəqlliyyatının 90%-də xüsusi dispenserlər quraşdırılıb.
Marşurut avtobuslarının daxilində belə bir addımın atılması sərnişinlərin ürəyincə olub.
Avtobuslarla yanaşı Koroğlu Mübadilə Mərkəzində gözləmə otaqlarına da dezinfeksiya aparatları quraşdırılıb
Mais Ağayev bildirdi ki, bu günlərdə avtobusların daxilində mütəmadi olaraq dezinfeksiya işəri həyata keçirilir