Xəzər Xəbər

İndi sizə bir tibb işçisindən danışacağıq - Bu qadın karantin bölgəsində olan insanlara qulluq edir - VİDEO

Veb TV | 19:41 • 21 Mart 2020
İndi sizə bir tibb işçisindən danışacağıq -

İndi sizə bir tibb işçisindən danışacağıq. Hansıkı bu qadın karantin bölgəsində olan insanlara qulluq edir. İşin ən maraqlı anı həmin xanımın iş başında olarkən öz qızının məhz orda olduğunun şahidi olub. Nazilə Əliyeva həmin anda keçirdiyi hisslərini əməkdaşlarımızla bölüşüb

Qarşısında dayanan övladı olsada nə ona toxuna bilir, nədə yaxınlaşa. Karantində olan övladı isə ona qulluq edənin anası olmasından bixəbərdir.

Nazilə Əliyeva karantin bölgəsində xidmət aparan tibb bacılarından biridir. İtaliyada təhsil alan övladı təxliyə edilib ölkəyə gətirilən zaman onun xidmət apardığı müssəsisəyə gətirilib. Amma nə ananın, nədə qızın bundan xəbəri olmayıb.

Ananın ən çox həyəcanlandıran övladının orda olması yox ana olmağa hazırlaşmasıdır.Nazilə Əliyevanın sözlərinə görə karantində qalan şəxslər üçün bütün lazimi tədbirlər ən yüksək səviyyədə görülüb.Hətta ana olmağa hazırlaşan övladı üçün karantinə ginekoloqda gətirilib müayinə etdirilib.

Tibb bacısının sözlərinə görə, nə qədər riskli görünsədə onlar həmin yerdə olub xəstə olmaq riski olan şəxslərə qulluq etməkdən çəkinmirlər.

Qəhramanımız deyir ki, onlar öz vəzifə borclarını yerinə yetirirlər. Buxidmətlərinin karantindəkilər tərəfindən qiymətləndirilməsi isə onlara ruh yüksəkliyi verir.

Nazilə Əliyeva təkcə bir tibb bacısı kimiyox, həm dəana kimi karantində yaradılan bütün şərait üçün minnətdarlığını bildirir. Deyir ki onların işlərinin ən böyük mükafatı xəstəliyə yoluxma riski olan şəxslərin sağ salamat evlərinə getməsidir.

Xəbər lenti

Çox oxunanlar