Xəzər Xəbər

COVID-19 Türkiyədə yaşayan iranlı ailəni uşaqlarından ayrı salıb - FOTO/VİDEO

Veb TV | 17:24 • 21 Mart 2020
COVID-19 Türkiyədə yaşayan

Türkiyənin Antalya şəhərində yaşayaniranlı Pahram və Məliha Koştinetikhoşa cütlüyü İranla sərhədlər bağlandıqdan sonra geri qayıda bilməyiblər, səkkiz yaşlı övladlarından ayrı qalıblar.

"HaberGlobal”ın verdiyi məlumata görə, onlar qızlarına qovuşmaq arzusundadırlar.

Məlumata görə, tikinti materialları istehsalçısı olan Koştinetikhoşa ailəsi il yarım əvvəl Alaniyaya köçüb. Türkiyədə qanunda olan dəyişikliklə əlaqədar iranlı cütlük burada ev alıb. Onlar İrandakı evlərinə alıcı çıxdıqdan sonra fevralın 9-da qan xəstəliyindən əziyyət çəkən qızları Soruşayı fortepiano müəllimi Siyaveş Şahani və həyat yoldaşı Esin İpekoğlu Şahaniyə əmanət edib, üç günlük müddətə ölkələrinə qayıdıblar.

Ancaq fevralın 12-də geri qayıtmağı planlaşdıran cütlük xaricdən gəldiyi üçün İranda 14 gün müddətinə karantinə alınıb. Karantin müddəti bitənə qədər isə iki ölkə arasında sərhədlər bağlanıb, ər-arvadın Türkiyəyə girişinə icazə verilməyib.

Soruşa Koştinetikhoşanın aylıq müalicəsi də ana-atasından icazə sənədi olmadığı üçün həyata keçirilməyib. Balaca qızın müalicəsi üçün bütün qapıları döyən Şahani ailəsi Soruşanın ya ailəsinin yanına göndərilməsi, ya da valideynlərinin ölkəyə buraxılması üçün səlahiyyətlilərdən kömək istəyib.

Cib telefonu vasitəsilə övladı ilə görüntülü danışan Meliha Koştinetikhoşa göz yaşlarını saxlaya bilməyib. Ay yarımdır ailəsindən ayrı qalan Soruşa Koştinetikhoşa isə bunları deyib:

"Anam Türkiyəyə gələ bilmədiyi və məni yenidən görə bilmədiyi üçün çox təlaşlanıb. Çox çalışsalar da, gələ bilməyiblər. Onlar karantində qalmağı qəbul edirlər. İran onları qəbul edib, sərhəddən keçə bilər deyib, amma Türkiyə gəlmələrinə icazə verməyib. Əvvəllər mənim böyük qardaşım var idi. Oöldüyü üçün mənim də ölə biləcəyimdən qorxurlar. Onlar, sadəcə, bura geri qayıtmaq istəyirlər, heç kimə pislik etmək istəmirlər”.

Soruşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla XİN rəhbəri Mövlud Çavuşoğluna səslənib: "Tayyib əmi, Mövlud əmi, lütfən, məni ailəmlə qovuşdurun. Ailəm üçün çox darıxmışam.

Axşamlar onlara görə ağlayıram. Ailəm çox kədərlidir. Mənim bundan əvvəl böyük qardaşım ölüb, mənim də xəstəliyim var. Xahiş edirəm, ya ailəmi mənim yanıma gətirin, ya məni onların yanına aparın”.

Xəbər lenti

Çox oxunanlar