Moskva vilayətinin Dmitrov şəhərində yerləşən zavodda başlayan yanğın 60 min kvadrat metr ərazini əhatə edib.
REN TV məlumat verir ki, yanğın alüminium zavodunun ərazisində başlayıb. Hazırda alov zavodun anbarını cənginə alıb.
Hadisə nəticəsində neçə nəfərin xəsarət alması haqda hələlik məlumat verilmir.