Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilənazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha üç yeni sosial çarx hazırlayıb.
Bu sosial çarxlar "Yaşlıları koronavirusdan qoruyaq!”, "Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?” və "Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?” mövzularına həsr edilib.