Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmışaraşdırmalarla müəyyən edilib ki, martın 17-də saat 23 radələrində kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gəlmiş iki nəfər mağaza sahibinin orada olduğunu öyrənəndən sonra onu arxadan boğaraq, bıçaqla xəsarət yetirmək istəyiblər. V.Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq, ərazidən uzaqlaşıblar.
Hər iki şəxs barəsində Balakən RPŞ-dəCinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.