Xəzər Xəbər

Ərdoğan: Koronavirusla amansız mübarizə aparırıq VİDEO

Veb TV | 12:03 • 21 Mart 2020
Ərdoğan: Koronavirusla amansız mübarizə aparırıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı çağırış edib.

Türkiyənin koronavirusa qarşı amansız mübarizə apardığını deyən Ərdoğan bildirib ki, vacib olmadıqca evdən çıxmaq olmaz. Dövlət başçısının sözlərinə görə, vətəndaşlar Səhiyyə Nazirliyinin təlimatlarına əməl etməli, xüsusilə yaşlı insanlar diqqətli olmalıdır.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a çatıb. Virusa yoluxanların sayı isə 670 olub.

Xəbər lenti

Çox oxunanlar