Xəzər Xəbər

Azərbaycanda yeni neft yatağı kəşf olundu VİDEO

Veb TV | 19:15 • 20 Mart 2020
Azərbaycanda yeni neft yatağı kəşf olundu

Xəzər dənizində yeni neft yatağı istismara veriləcək. "Qarabağ" adlandırılan yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon tondan artıqdır. Bu ilin ikinci yarısında yataqda platformanın qurulmasına başlanacaq.

Ölkədə yeni neft yatağı aşkar olunub. Yataq Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşir. SOCAR və Norveçin bir şirkətinin kəşf etdiyi yatağa "Qarabağ" adı verilib. SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, "Qarabağ" perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Lakin perspektivli hesab edilmədiyindən işlər dayandırılıb. Sonradan "Qarabağ" yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanıb. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon tondan artıqdır.

Bu ilin ikinci yarısında "Qarabağ" yatağında platformanın qurulmasına başlanacaq.

2021-22-ci illərdə yataqdan ilk neftin hasil olunacağı gözlənir.

Xəbər lenti

Çox oxunanlar