Bir neçə gün əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargah marketlərdə kassada növbə gözləyən müştərilərin 2 metr ara məsafəsi saxlamaları ilə bağlı təlimat yaydı. Bəs bu təlimata əməl edilirmi? Əməkdaşlarımız paytaxtdakı iri marketlərin birində olub, vəziyyəti araşdırıblar.
Marketin girişində xüsusi dezinfeksiyaedici aparatlar quraşdırılıb.
Gələn müştərilər əllərini spirtlə dezinfeksiya edirlər.
Görüntülər paytaxtdakı iri supermarketlərdən birindəndir. Mağazalarda koronovirusa qarşı önləm tədbirləri alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın təlimatları istiqamətində addımlar atılıb. Müştərilər ara məsafəsini gözləməklə kassalara yaxınlaşırlar. Kassada növbə gözləyən müştərilərin 2 metr ara məsafəsi saxlamaları ilə bağlı bütün kassalara yazılı xəbərdarlıqvurulub.
Müştərilər də öz növbələrində bu tədbirləri alqışlayırlar. Onlar deyilən tələblərə maksimum əməl etdiklərini bildirirlər
Bildirildi ki, koronavirus təhlükəsini nəzərə alaraq, hələ ötən həftədən xüsusi dezinfeksiya tədbirləri həyata keçirilir. Market girişlərində xüsusi dezinfeksiya edici aparatlar quraşdırılıb, həmçinin müştərilərin əllə təmasda olduğu əşyalar- əl arabaları, səbətlər, kassa ətrafı, rəflər xüsusi vasitələrlədezinfeksiya edilir. Market əməkdaşları qoruyucu maska və əlcəkdən istifadə edirlər. Meyvə-tərəvəz, ət satılan bölmələrdə müştərilərə birdəfəlik əlcəklər təklif olunur.