Hazırki dövrdə bir çox insan onlayn yolla məhsul almağa üstünlük verir. Belə olan halda həm risk aşağıdır, həm də bu virusa qarşı effektiv təhlükəsizlik vasitələrindən biridir. Ölkəmizdə bu tendensiya bir müddətdir ki geniş vüsət alıb. Koronavirus təhlükəsi yarandığı gündən bir çox şirkətlər onlayn ticarətə üstünlük verməyə başlayıblar. Ekspertlər onlayn ticarət bazarında canlanma olduğunu deyirlər.
Son bir ay ərzində onlayn ticarətdən istifadə genişlənib.
Koronavirus təhlükəsi ilə əlaqədar artıq bir çox platformalar onlayn satışa keçib. Bu, təhlükə riskini azaltaqla yanaşı bu sahənin də inkişafına səbəb olub. Elektron ticarət sahəsi üzrə mütəxəsisslər bildirir ki, hazırda bazarda ciddi bir canlanma var.
Elektron ticarət sahəsi üzrə mütəxəsis Rəşad Camalın sözlərinə görə, yeni tendensiya insanlarda alışqanlığın və eelektorn ticarət vərdişinin yaranmasına səbəb olur. Növbəti mərhələdə insanların bu sahəyə inamının yaranması ilə elektron satışlar artacaq.
Qeyd edək ki, koronavirus risqinin daha az olması üçün bir çox şirkətlər onlayn üsulla satışa keçiblər.