Xəzər Xəbər

Türkiyədəki tələbələrimizin vəziyyəti necədir? VİDEO

Veb TV | 11:17 • 20 Mart 2020
Türkiyədəki tələbələrimizin vəziyyəti necədir?

Türkiyədə universitetlər koronavirus təhlükəsi ilə bağlı 3 həftəlik tətilə buraxılıb. Qardaş ölkədə təhsil alan tələbələrimizin çox hissəsi Azərbaycana qayıtsa da, lakin hələ də orada qalanlar var.Tükriyədə təhsil alan həmyerlimiz İlahə Yusifli vəziyyətlə bağlı XəzərXəbər-ə danışıb. Bildirib ki, onlara ilk növbədə ölkələrinə dönmək tövsiyyə edilib. Ancaq Türkiyədə qalmaq istəyənlər isə yataqxanalara yerləşdirilir.

Koronavirus təhlükəsi ilə bağlı Türkiyədə məktəb və universitetlərdə dərslər 3 həftəlik dayandırılıb.

Qardaş ölkədə təhsil alan tələbələrimiz bildirirlər ki, qərardan sonra onlara ilk növbədə ölkələrinə qayıtmaq tövsiyyə edilib. Müəyyən səbəblərdən ölkələrinə qayıda bilməyən tələbələr isə müvəqqəti yataqxanalarda yerləşdirilir. Kayseri şəhərində Ərciyəs universitetində magistr təhsili alan həmyerlimiz İlahə Yusifli bildirir ki, o da türkiyədə könüllü qalan tələbələrdəndir. Tətilə qədər dövlət yataqxanasında qalan İlahə Yusifli 2 gün əvvəl həmin yataqxanadan çıxarılıb və müvəqqəti olaraq başqa yataqxanaya yerləşdirilib.

İlahə Yusifli deyir ki, onların vəziyyəti ilə bağlı azərbaycanın türkiyədəki səfirliyinin və təhsil müşavirliyinin əməkdaşları mütəmadi olaraq maraqlanırlar. Həmyerlimiz türkiyədə təhsil alan tələbələrin hazırki vəziyyəti ilə bağlı sosial şəbəkələrdə əsassız məlumatların yayılmasından çox narahatdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirdi ki, xaricidə olan vətəndaşlarımız üzləşdikləri çətinliklə bağlı səfirliklərə, konsulluqlara müraciətlər edir. Onların problemlərinin həlli istiqamətində addımlar atılır.

Qeyd edək ki, Türkiyədən, İtaliyadan, o cümlədən virusun yayıldığı bəzi ölkələrdən həmyerlilərimiz mütəmadi olaraq çarter reysləri ilə Bakıya gətirilirlər.

Xəbər lenti