Bir neçə gündür ki, axşam saat 9-dan sonra fəaliyyətini dayandıran restoran və kafelər vəziyyətdən çıxış yolu tapıblar.Bir çox müəssisələr online şəkildə yemək sifarişlərinin çatdırılmasını həyata keçirirlər
Yeni növ koronovirusun yarada biləcəyi təhlükəyə görə saat 21:00-dan etibarən restoranlar fəaliyyətlərini dayandırır.
Restoran inzibatçılarının sözlərinə görə, müştəriləri daha çox axşam saatlarında olsa da, iki gündür axşam saat 9-a qədər müştəri qəbul edirlər. Bundan sonra isə hər kəsə müəssisənin qapılarının 9-da bağlanacağı barədə məlumat verilir.
Restoran sahibləri bu itkilərini kompensasiya etmək üçün online xidmətə keçiblər.
Marketoloq Mahir Zeynalovun sözlərinə görə, bununla da restoran sahibləri öz bizneslərini qoruyurlar.
Restoran inzibatçıları isə bildirirlər ki, online sifarişləri hər keçən gün daha da artır
Qeyd edək ki, online sifarişlərin yerinə yetirilməsi əsasən pulsuz həyata keçirilir. Hətta müştərinin istəyindən asılı olaraq evlər bəzədilərək restoran ab-havası da yaradılır. Bunun üçün isə əlavə ödəniş etmək tələb olunur.