Azərbaycanda valiydeynini itirmiş uşaqlar təhsil müəssələrində dövlət büdcəsi hesabına təhsil alacaq. Bu layihə Milli Məclisin Elm və Təhsil Komitəsinin ilk iclasında müzakirə edilib. Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin iclasında isəölkəmizdə əlilliyin təyin edilməsi və eyni zamanda ünvanlı sosial yardımın verilməsində olan problemlər müzakirə edilib və təkliflər səsləndirilib.
6-cı çağırış Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən ilk iclasında müzakirə edilən''Təhsil haqqında'' qanuna təklif olunan dəyişikliyə əsasən ölkəmizdə valideynini itrən uşaqlar pulsuz təhsil ala biləcək.Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, məqsəd Azərbaycanın bütün vətəndaşlarının təhsilə əlçatanlığını təmin etməkdir.
Qanun layihəsi qəbul edilərək plenar iclasa tövsiyyə edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında isə ölkəmizdə sosial sahadə olan bir sıra problemlər dilə gətirilib. Komitə sədri Musa Quliyev ölkəmizdə ünvanlı sosial yardımın verilməsində bir sıra problemlərin olduğunu, bu qaydalara yenidən baxılacağını və bir sıra dəyişikliklər ediləcəyini bildirib. Millət vəkili İlham Məmmədov əlilliyin təyini sistemində, Vüqar Bayramov isə Sosial Sığorta haqqında qanunda dəyişikliyin olmasını vacib sayıb.
İclasdabəzi problemlərlə bağlı artıq aidiyyatı dövlət qurumları tərəfindən iş aparıldığı bildirilib və qanunlara təklif edilən dəyişikliklərin hazırlanması üçün millət vəkillərindən ibarət bir neçə işçi qrupunun yaradılması ilə bağlı tapşırıq verilib.