Xəzər Xəbər

Azərbaycanlılar öz həmrəylikləri ilə milyonlarla insana örnək olur VİDEO

Veb TV | 21:45 • 16 Mart 2020
Azərbaycanlılar öz həmrəylikləri ilə milyonlarla insana örnək olur

Həmvətənlərimiz çox maraqlı bir sosial aksiyaya başlayıblar. Bir çox uçuşların ləğv edildiyi bir zamanda xarici ölkələrdə yaşayan azərbaycanlılarbirlik nümayiş etdirərək ,evlərinin qapılarını həmvətənlərimiz üzünəaçıblar. Hazırda xarici ölkələrdə olan və qalmağa yeri olmayan azərbaycanlılarhəmrəy ol həştəqini izləyərək, həmyerlimizin evində qonaq ola bilərlər.

Amerikadan Avtsraliyaya, Malayziyadan Avropanın bütün şəhərlərinə qədər. Dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar öz həmrəylikləri ilə milyonlarla insana örnək olur.

Xaricdə yaşayan həmyerlilərimiz uçuşların ləğv edilməsi səbəbindən Vətənə qayıda bilməyən digər vətəndaşlarımıza öz evlərinin qapılarını açıblar. Sosial şəbəkədə yaranan bu aksiyaya qısa zamanda yüzlərlə insan qoşulub.

Toğrul Quliyev isə deyir ki, həmvətənlərimiz heç də narahat olmasınlar. Onların hətta uzaq Malayziyada da özlərini evlərindəki kimi hiss edə biləcəkləri bir yer var.

Qısa müddətdə həmrəyol həştəqi sayəsində birləşən həmvətənlərimizin sosial təşəbbüsündən artıq faydalananlar var. Uçuşların ləğv edilməsi ilə hava limanında qalan vətəndaşlardan bəziləri digər həmvətənlərimizin evlərində yerləşiblər.

Sosial təşəbbüsü ilk irəli sürən Ülviyyə Hilalova isə deyir ki, facebook-da Gəzəyənlər qrupunda paylaşdığı bu paylaşıma görə qısa bir zamanda yüzlərlə insandan təşəkkür və dəstək alıb. Hazırda o, Bakıda olsa da, Almaniyada olan evinin qapısını hər kəs üçün açıb.

Evini digər insanlar üçün açan həmyerlilərimizə isə sosial şəbəkə üzərindən yüzlərlə insan dəstək olur və bu ürəyigeniş insanlara təşəkkür edirlər.

Xaricdə yaşayan digər həmvətənlərimiz də həmrəyol həştəqi ilə bu aksiyaya qoşula bilərlər.

Xəbər lenti

Çox oxunanlar