Aprelin 5-i, 12 -si və 19 -u keçirilməsi nəzərdə tutulan orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları təxirə salınıb. Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.
Buraxılış imtahanları təxirə salınıb, sənəd qəbulunun vaxtı isə dəyişdirilib.Dövlət imtahan mərkəzinin sözçüsü Xanlar Xanlarzadə "xəzər xəbər"ə açıqlamasında bu barədə məlumat verib. Onun sözlərinə görə, aprel ayının 5,-ı 12-sı və 19 -uburaxılıs ımtahanları kecırılməyəcək.Yenı imtahan tarıxlərı isə hələlik bəlli deyıl.
Eynı zamanda bu gun alı təhsıl müəssisələinə və 11 ıllık təhsıl bazasında orta təhsıl müəssisələrinə -yənı kolleclərə sənəd qəbulu başlamalı ıdı .Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq sənəd qəbulunun vaxtı dadəyişdirilib.
DİM abituriyentlərə və valideynlərə tövsiyə edir ki, imtahan və tədris prosesində yaranan fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin "Youtube" kanalı vasitəsilə təqdim edilən "vizuallaşdırılmış dərs " və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.